bu gün misli premyer liqasında xv tura iki qarşılaşma ilə start verilir.
arhd.media xəbər verir ki, günün ilk oyununda "şamaxı" klubu doğma meydanda "zirə"ni qəbul edəcək.
şamaxı şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.
günün ikinci qarşılaşmasında isə "turan tovuz" "sabah" ilə üz-üzə gələcək.
tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.
turun digər oyunları isə 14-15 dekabrda keçiriləcək.
misli premyer liqası: xv tur
13 dekabr
14:00, "şamaxı" - "zirə"
hakimlər: inqilab məmmədov, rəhman imami, şirmamed mamedov, kamran əliyev
var: elçin məsiyev
avar: rahil ramazanov
hakim-inspektor: imanxan sultani
affa nümayəndəsi: erkin hüseynov
şamaxı şəhər stadionu.
16:30, "turan tovuz" - "sabah"
hakimlər: əliyar ağayev, zeynal zeynalov, akif əmirəli, emin əliyev
var: nicat ismayıllı
avar: kamran bayramov
hakim-inspektor: rəhim həsənov
affa nümayəndəsi: seymur səlimli
tovuz şəhər stadionu.























