futbol üzrə azərbaycan kubokunun 1/8 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.


arhd.media  xəbər verir ki, günün ilk oyunlarında şamaxı şəhər stadionunda "şamaxı" - "baku sportinq", quba olimpiya kompleksinin stadionunda isə "imişli" - "sabah" qarşılaşmaları baş tutacaq. hər iki görüş saat 14:00-da start götürəcək.


günün son oyununda isə "qarabağ" "karvan-yevlax"la üz-üzə gələcək. bu matç saat 19:00-da başlayacaq.


"şamaxı" - "baku sportinq" cütünün qalibi növbəti raundda "qarabağ" - "karvan-yevlax" duelinin qalibi ilə qarşılaşacaq. "imişli" - "sabah" görüşündə qalib gələn komanda isə 1/4 finalda "qəbələ" - "şəfa" cütünün qalibi ilə üz-üzə gələcək.


3 dekabr


14:00. "şamaxı" - "baku sportinq"


hakimlər: inqilab məmmədov, namiq hüseynov, rahil ramazanov, elvin bayramov.


hakim-inspektor: əmrah ibrahimov.


affa nümayəndəsi: eldəniz musayev.


şamaxı şəhər stadionu.


14:00. "imişli" - "sabah"


hakimlər: kamal umudlu, vüsal məmmədov, şirmamed mamedov, əkbər əhmədov.


var: fərid hacıyev.


avar: vüqar həsənli.


hakim-inspektor: zöhrab qədiyev.


affa nümayəndəsi: rüfət əmirov.


quba olimpiya kompleksinin stadionu.


19:00. "qarabağ" - "karvan-yevlax"


hakimlər: əliyar ağayev, zeynal zeynalov, akif əmirəli, nicat ismayıllı.


var: rəşad əhmədov.


avar: emin əliyev.


hakim-inspektor: şahin cəfərov.


affa nümayəndəsi: bəhram qurbanov.


"azersun arena".


qeyd edək ki, azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk günündə "turan tovuz" "şahdağ qusar"ı (2:1), "zirə" isə əlavə vaxtda "neftçi"ni (1:0) məğlub edib. bu mərhələyə dekabrın 4-də yekun vurulacaq.

Baxış sayı: 3 093

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə