misli premyer liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.


“arhd.media” pfl-ə istinadən xəbər verir ki, bu, ötən gün baş tutan “qarabağ” - “sabah” matçında baş verib.


həmin oyunu stadionda 10361 tamaşaçı izləyib. tofiq bəhramov adına respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.


xatırladaq ki, buna qədər mövsümün rekordu 12-ci turda - “sumqayıt” - “qarabağ” (2:4) matçında qeydə alınmışdı. mehdi hüseynzadə adına sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalardan izləmişdi.

 

Baxış sayı: 2 559

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə