bakı, 9 sentyabr, arhd.media
dç-2026: azərbaycan millisi doğma meydanında ukrayna ilə qollu heç-heçə edib
dç-2026-nın avropa zonası üzrə seçmə mərhələsində bakıda keçirilən azərbaycan – ukrayna oyunu başa çatıb.
arhd.media xəbər verir ki, komandalar tofiq bəhramov adına respublika stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.
rəqibin heyətində 51-ci dəqiqədə georgi sudakov fərqlənib. azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan emin mahmudov penaltidən imza atıb.
qarşılaşmanı yunanıstandan olan hakimlər briqadası idarə edib.
21:32
dç-2026-nın avropa zonası üzrə seçmə mərhələsində bakıda keçirilən azərbaycan – ukrayna oyununda ikinci qol vurulub.
arhd.media xəbər verir ki, tofiq bəhramov adına respublika stadionunda təşkil edilən görüşün 72-ci dəqiqəsində komandamızın heyətində emin mahmudov fərqlənib – 1:1.
qarşılaşmanı yunanıstandan olan hakimlər briqadası idarə edir.
21:14
dç-2026-nın avropa zonası üzrə seçmə mərhələsində bakıda keçirilən azərbaycan – ukrayna oyununda hesab açılıb.
arhd.media xəbər verir ki, tofiq bəhramov adına respublika stadionunda təşkil edilən görüşün 51-ci dəqiqəsində rəqibin heyətində georgi sudakov fərqlənib.
qarşılaşmanı yunanıstandan olan hakimlər briqadası idarə edir.
21:06
dç-2026-nın avropa zonası üzrə seçmə mərhələsində bakıda keçirilən azərbaycan – ukrayna oyununda ikinci hissə başlayıb.
arhd.media xəbər verir ki, tofiq bəhramov adına respublika stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab açılmayıb.
qarşılaşmanı yunanıstandan olan hakimlər briqadası idarə edir.
20:49
dç-2026-nın avropa zonası üzrə seçmə mərhələsində bakıda keçirilən azərbaycan – ukrayna oyununda ilk hissə başa çatıb.
arhd.media xəbər verir ki, tofiq bəhramov adına respublika stadionunda təşkil edilən görüşdə komandalar fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.
qarşılaşmanı yunanıstandan olan hakimlər briqadası idarə edir.
20:00
dç-2026-nın avropa zonası üzrə seçmə mərhələsində bakıda keçirilən azərbaycan – ukrayna oyunu başlayıb.
arhd.media xəbər verir ki, tofiq bəhramov adına respublika stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.
qarşılaşmanı yunanıstandan olan hakimlər briqadası idarə edir.






















