səudiyyə ərəbistanının “əl-nəsr” klubunun ulduz futbolçusu kriştiano ronaldo 3 oyunluq fasilədən sonra heyətə qayıdıb.


“arhd.media” xəbər verir ki, portuqaliyalı hücumçu pro liqanın 22-ci turu çərçivəsində bu gün keçirilən “əl-fateh”lə matçın start heyətində yer alıb.


ronaldo oyunda fərqlənərək komandasının qollarından birini vurub və qayıdışını qolla qeyd edib. bu, ulduz futbolçunun karyerasındakı 962-ci qol olub.


qeyd edək ki, oyun “əl-nəsr”in 2:0 qələbəsi ilə başa çatıb.


xatırladaq ki, 39 yaşlı futbolçu komandasının son 3 oyununda (2-si çempionat, 1-i asiya çempionlar liqası) meydana çıxmamışdı. ronaldo bu addımı səudiyyə ərəbistanı suveren fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz olaraq atmış və oyunları boykot etmişdi.

Baxış sayı: 2 825

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə