“əl-nəsr” səudiyyə ərəbistanı çempionatında 10-cu tur oyununa çıxıb.
arhd.media xəbər verir ki, komanda “əl-ahdud”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
bu nəticə ilə “əl-nəsr” turnir cədvəlində liderliyi möhkəmləndirib.
“əl-nəsr” cari mövsüm çempionatda keçirdiyi 10 oyunun hamısında qalib gəlib.
“əl-əhdud”la matçın əsas qəhrəmanı “əl-nəsr”in 40 yaşlı kapitanı kriştiano ronaldo olub. portuqaliyalı futbolçu oyunda dubl edib. digər qolu isə joau feliks vurub.























