Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.


“ARHD.MEDiA” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq.


Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.


Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.


13 avqust


UEFA Konfrans Liqası


3-cü təsnifat mərhələsinin cavab oyunu


20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)


Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)


İlk oyun - 0:1


Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.

Baxış sayı: 2 990

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə