azərbaycan prezidenti ilham əliyev iran prezidenti məsud pezeşkiana zəng edib.
“arhd.media” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
dövlət başçısı iran islam respublikası və amerika birləşmiş ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
məsud pezeşkian bu təbriklərə və ölkəmizin irana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.
telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.





















