prezidentin mətbuat xidmətinin məlumatı
iyunun 26-da azərbaycan respublikasının prezidenti ilham əliyevlə iran islam respublikasının prezidenti məsud pezeşkian arasında telefon söhbəti olub.
dövlətimizin başçısı iranla israil arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı azərbaycanın narahatlığını bir daha ifadə edib.
prezident ilham əliyev son hadisələr zamanı iran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
dövlətimizin başçısı iran-israil qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı məsud pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.
məsud pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.
telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, məsud pezeşkianın azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
prezident ilham əliyev məsud pezeşkianı iyulun əvvəlində azərbaycanda keçiriləcək iqtisadi əməkdaşlıq təşkilatının (eco) sammitinə bir daha dəvət edib.























