prezident ilham əliyev, birinci xanım mehriban əliyeva və qızları arzu əliyeva fevralın 25-də xocavənd rayonunun xocavənd kəndində sakinin evinə baş çəkiblər.
“arhd.media”ın məlumatına görə, burada dövlət başçısı və ev sahibi qarakənd faciəsi haqda danışıb.
prezident ilham əliyev: indi 35 ildən sonra buradasınız. sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?
kişi sakin: vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. sonra vertolyotla gələndə onları da şəhid etdilər.
prezident ilham əliyev: buraya yaxınlıqda idi?
kişi sakin: bəli, qarakənddə idi.
prezident ilham əliyev: buradan oraya məsafə nə qədərdir?
kişi sakin: 17 kilometrdir.





















