moskva, 26 iyun, arhd.media
rusiya vətəndaşlarının təxliyəsinə göstərilmiş köməyə görə azərbaycana təşəkkür edib
rusiya öz vətəndaşlarının yaxın şərqdəki təhlükəli zonalardan çıxarılmasının təmin olunmasında göstərdiyi köməyə görə azərbaycana minnətdarlığını bildirib.
arhd.media xəbər verir ki, rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi mariya zaxarova brifinqdə azərbaycan, iran və digər ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.
zaxarovanın sözlərinə görə, iranda vəziyyətin gərginləşdiyi ilk vaxtlardan rusiya yaxın şərq regionundan minə yaxın vətəndaşının təxliyə edib. təkcə irandan 900 nəfər, iraqdan isə 85 nəfər təxliyə olunub. bundan əlavə, israildən misir və iordaniya sərhəd-keçid məntəqələri vasitəsilə 130-dan çox rusiyalının çıxarılmasına yardım göstərilib.






















