moskva, 17 iyun, arhd.media
rusiya vətəndaşlarının irandan təxliyəsinə görə azərbaycana təşəkkür edilib
rəsmi moskva rusiya vətəndaşlarının irandan təxliyəsi ilə bağlı azərbaycan tərəfinə minnətdarlığını bildirib.
arhd.media xəbər verir ki, bu barədə rusiya prezidentinin mətbuat katibi dmitri peskov açıqlama verib.
peskov deyib ki, rusiyalıların irandan təxliyəsi azərbaycanla sərhəddə yerləşən keçid məntəqələri vasitəsilə həyata keçirilir:”bakı təxliyə üçün əlverişli şərait yaradıb. buna görə moskva azərbaycan tərəfinə dərin təşəkkürünü bildirir. rusiyalıların təxliyəsi və koordinasiyası üzrə işlər 24 saat fasiləsiz rejimdə davam etdirilir”.
kreml nümayəndəsinin sözlərinə əsasən, rusiyanın tehrandakı səfirliyi öz müşahidəsi altında olan vətəndaşların sayına dair dəqiq məlumata malikdir və irandan çıxmaq istəyən hər kəsi diqqətlə izləyir. xüsusi diqqət onların təhlükəsizliyinin təmin olunmasına yönəldilib.
qeyd edək ki, bundan əvvəl rusiyanın tehrandakı səfirliyi məlumat yayaraq bildirib ki, 14-15 iyun tarixlərində irandan azərbaycana azı 313 rusiya vətəndaşı təxliyə olunub. onların arasında xarici nümayəndəlik əməkdaşlarının ailə üzvləri, p. i. çaykovski adına böyük simfonik orkestrin musiqiçiləri və fyodor bondarçukun çəkiliş qrupu da olub.






















