daxili işlər nazirliyinin (din) baş dövlət yol polisi idarəsinin paytaxtın sabunçu rayonu, zabrat qəsəbəsində və lökbatan dairəsindən yeni yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən texniki müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
arhd.media xəbər verir ki, bu barədə idarədən bildirilib.
qeyd olunub ki, 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin i-vi günlər saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.
əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üçün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.
nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilər.























