çinin cənub-qərbində, nepalla sərhəddə yerləşən tibet muxtar bölgəsində 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

arhd.media-ın xəbərinə görə, bu barədə avropa-aralıq dənizi seysmoloji mərkəzindən məlumat verilib.

məlumata görə, yeraltı təkanların episentri təxminən 8 700 nəfər əhalisi olan nepalın lobuçe şəhərindən 83 km şimal-şərqdə yerləşib. zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.

xəsarət alanlar və ya dağıntılar barədə hələki məlumat yoxdur.

xatırladaq ki, yanvarın 7-də çinin cənub-qərbində, nepalla sərhədə yaxın tibet muxtar bölgəsində 7.1 bal gücündə dağıdıcı zəlzələ baş verib. təbii fəlakət qurbanlarının ümumi sayı 120 nəfəri ötüb.

Baxış sayı: 156

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə