bakı, 17 may, arhd.media
bu ilin dörd ayında dsmf-nin xərcləri 2 milyard 501 milyon manat təşkil edib
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun (dsmf) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 milyon manat) çox olmaqla, 2 milyard 715 milyon manat təşkil edib.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 9 faiz (168 milyon manat) artaraq, 2 milyard 39 milyon manat olub.
bu ilin dörd ayında dsmf-nin xərcləri isə 2 milyard 501 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (231 milyon manat) çoxdur.























