bakı, 14 fevral, arhd.media
ötən ay dsmf-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib
əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində dövlət sosial müdafiə fondunun (dsmf) gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 8 faiz və ya 44 milyon manat çox olmaqla 579 milyon manat təşkil edib.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz və ya 44 milyon manat artaraq 443 milyon manat olub.
ötən ay dsmf-nin xərcləri 574 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 66 milyon manat çoxdur.






















