“istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu
azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci və 26-cı bəndlərini rəhbər tutaraq azərbaycan respublikasının milli məclisi qərara alır:
“istehlakçıların hüquqlarının müdafiəsi haqqında” azərbaycan respublikasının qanununa (azərbaycan respublikası ali sovetinin məlumatı, 1995, № 23, 24, maddə 368; azərbaycan respublikasının qanunvericilik toplusu (cild i); 2024, № 2, maddə 132, № 6 (i kitab) maddə 631) aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
“maddə 29-1. alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması
29-1.1. alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
29-1.2. alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
29-1.3. pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.”.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 16 dekabr 2024-cü il






















