azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq, “azərbaycan respublikasının ailə məcəlləsində, azərbaycan respublikasının cinayət məcəlləsində və azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında” azərbaycan respublikasının 2024-cü il 28 iyun tarixli 1198-viqd nömrəli qanununun icrası ilə əlaqədar qərara alır:
maddə 1. azərbaycan respublikasının mülki məcəlləsində (azərbaycan respublikasının qanunvericilik toplusu, 2000, № 4 (i kitab), maddə 250 (cild i); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (i kitab), maddə 493, № 7, maddə 744; azərbaycan respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-viiqd nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 28.6-cı və 28.7-ci maddələr ləğv edilsin;
1.2. 38.7-ci maddədən “nikaha girdiyi və” və “digər” sözləri çıxarılsın.
maddə 2. “gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” azərbaycan respublikası qanununun (azərbaycan respublikasının qanunvericilik toplusu, 2006, № 11, maddə 920 (cild i) 3.2.3-cü maddəsindən “və nikah” sözləri çıxarılsın.
maddə 3. bu qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 29 dekabr 2024-cü il






















