Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Polşanın Qdansk Universitetində planlaşdırılan mühazirəsi ləğv edilib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “Wirtualna Polska” nəşri məlumat yayıb.


Bildirilib ki, buna Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra yaşanan qalmaqal səbəb olub. 


Məlumata görə, əvvəlcə Yelena Zelenskayanın Polşada keçiriləcək Ukraynanın Bərpası üzrə Konfransda həyat yoldaşı ilə birlikdə çıxışı planlaşdırılıb. Bundan əlavə, o, Qdansk Universitetində təşkil ediləcək debatlarda iştirakı nəzərdə tutulub. Lakin yaşanan qalmaqaldan sonra Zelenskayanın Qdanska səfər etməyəcəyi məlum olub. Bunu Qdansk Universitetinin Mətbuat xidməti də təsdiqləyib. 


Xatırladaq ki, daha əvvəl K.Navrotski V.Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Zelenski isə ordeni Polşa tərəfinə geri qaytarıb.

Baxış sayı: 3 001

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə