Polşa Prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün Polşa kənd təsərrüfatı üçün təhlükə yaratdığını bəyan edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə o, videobəyanatında bildirib.


Navrotskinin sözlərinə görə, Varşava Kiyevin istəklərini anlayışla qarşılayır, lakin Polşa fermerlərinin və kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqları onlar üçün daha üstündür. 


O, Polşanın öz kənd təsərrüfatını “ideologiyaya” və ya xarici qərarlara qurban verməməli olduğunu əlavə edib.


Xatırladaq ki, daha əvvəl Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Buna etiraz olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezident aparatının rəhbəri Kirill Budanov onlara verilmiş Polşa dövlət mükafatlarından imtina ediblər.

Baxış sayı: 3 491

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə