ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı kameralar qarşısında qısa müddət mürgüləyərkən görüntülənib.


“ARHD.MEDiA” xəbər verir ki, Oval ofisdə təşkil olunan proqramda “Medicare və Medicaid” Xidmətləri Mərkəzinin (CMS) direktoru Mehmet Öz, respublikaçı senator Keti Britt və ABŞ Səhiyyə Nazirliyinin rəsmisi Doroti Fink də iştirak edib.


Tədbir çərçivəsində amerikalı qadınları daha çox uşaq sahibi olmağa təşviq etmək məqsədilə hazırlanmış yeni internet platformasının təqdimatı keçirilib. Çıxışlar davam edərkən Trampın gözlərini yumduğu və yorğun göründüyü anlar kameralara əks olunub.


Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərdən sonra ABŞ mediasında Trampın son dövrlərdə ictimai tədbirlərdə tez-tez yorğun və halsız göründüyü ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə