abş prezidenti donald tramp bildirib ki, iran 2025-ci ilin iyununda zərbələrə məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı vaşinqtona təhvil verməyə razılaşıb.
arhd.media xəbər verir ki, bu barədə tass məlumat yayıb.
"onlar nüvə tozunu bizə verməyə razılaşdılar. b-2 bombardmançı təyyarələrinin iştirakı ilə həyata keçirdiyimiz hücumlar səbəbindən o, yerin çox dərinliyində yerləşdirilib", - deyə abş lideri qeyd edib.
xatırladaq ki, fevralın 28-də israilin müdafiə naziri israel kats israil müdafiə qüvvələrinin irana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. daha sonra abş prezidenti donald tramp ölkəsinin də irana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
iran isə öz növbəsində israilə onlarla ballistik raket atıb. israil müdafiə qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
martın 1-də iranın ali lideri əli xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
iran abş-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
həmçinin hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
aprelin 8-də donald tramp tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
daha sonra islamabadda tərəflərin ilk görüşü keçirilib.























