"abş-nin yaxın şərqdə yerləşən və iran ərazilərinə hücumlar həyata keçirən hərbi bazalarına cavab zərbələri endirməyə davam edəcəyik".
arhd.media tass-a istinadən xəbər verir ki, bunu iran prezidenti məsud pezeşkian pakistanın baş naziri məhəmməd şahbaz şəriflə söhbətində bəyan edib.
"iranın regionun ölkələrinə zərbələr endirmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. yalnız ərazimizə hücumlar həyata keçirən bazalara özünümüdafiə hüququ çərçivəsində zərbə vurulacaq", - deyə pezeşkian bildirib.
xatırladaq ki, fevralın 28-də israilin müdafiə naziri israel kats israil müdafiə qüvvələrinin irana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. daha sonra abş prezidenti donald tramp ölkəsinin də irana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
iran isə öz növbəsində israilə onlarla ballistik raket atıb. israil müdafiə qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
martın 1-də iranın ali lideri əli xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
iran abş-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.























