“israil rəhbərliyi səudiyyə ərəbistanının iran ərazisinə zərbələr endirməsini gözləyir”.
“arhd.media” xəbər verir ki, bu barədə israilin dövlət teleradio şirkəti olan “kan”ın müxbiri gili koen hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“israil səudiyyə ərəbistanının irana qarşı cavab tədbirləri görməsini gözləyir. lakin israil rəsmiləri mənə bildiriblər ki, ər-riyad iranın təhdidləri səbəbindən addımları gecikdirir. təl-əvivin qiymətləndirməsinə görə, səudiyyə ərəbistanı iranı öz suverenliyinə qəsd etdiyinə görə cəzalandırmaq niyyətindədir”, - gili koen bildirib.
xatırladaq ki, abş və israilin fevralın 28-də irana qarşı hərbi əməliyyatlara başlamasından sonra tehran qonşu ölkələrin ərazisinə, o cümlədən səudiyyə ərəbistanına hücumlar həyata keçirib. bu hücumlar çərçivəsində abş-nin ər-riyaddakı səfirliyinə dron hücumu edilib, həmçinin neft obyektlərinə zərbələr endirilib.























