media: abş israilin münaqişəyə son qoymaq niyyətini irana çatdırıb

bakı, 23 iyun, arhd.media




media: abş israilin münaqişəyə son qoymaq niyyətini irana çatdırıb


birləşmiş ştatlar yaxın şərq ölkələrindən israilin münaqişəyə tezliklə son qoymağa çalışdığını irana çatdırmağı xahiş edib.

arhd.media xəbər verir ki, “the wall street journal” qəzetinin yazdığına görə, israil irandakı hədəflərə zərbələr endirməyə davam edir, lakin eyni zamanda müharibəni dayandırmağa çalışır.

ekspertlərin fikrincə, tehran hazırda “təhlükəli seçim” qarşısındadır: ya müharibənin genişləndirilməsi riskini gözə alaraq abş-ın hərbi bazalarına cavab zərbəsi endirmək, ya da mümkün güzəştlərlə nüvə danışıqlarına qayıtmaq.

israil hakimiyyəti irandan danışıqlara razılıq verməsini və uranın zənginləşdirilməsini dayandırmasını gözləyir. lakin təl-əviv tehranın nüvə proqramı üzərində işlərini davam etdirəcəyi təqdirdə irana yeni zərbələr endirməyə hazırdır.

xatırladaq ki, iyunun 13-nə keçən gecə israil ordusu irana kütləvi aviazərbələr endirməyə başlayıb. zərbələr zamanı iranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. tehran isə buna cavab olaraq israilin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və pua hücumu həyata keçirib. iyunun 22-nə keçən gecə isə abş bombardmançı təyyarələri iranın nüvə obyektinə zərbələr endirib.

Baxış sayı: 4 557

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə