avropa ittifaqı (ai) iran islam inqilabı keşikçiləri korpusunu (sepah) terror təşkilatları siyahısına daxil edib.
“arhd.media” xəbər verir ki, bu barədə ai-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi kaya kallas sosial media hesabında məlumat yayıb.
diplomat qeyd edib ki, ai xarici işlər nazirləri bu qətiyyətli addımla sepah-ın statusunu beynəlxalq terrorçu qruplaşmalarla bərabərləşdiriblər:
“bu qərar rəsmi tehranın son dövrlərdə nümayişçilərə qarşı tətbiq etdiyi amansız repressiyalara və regionda sabitliyi pozan fəaliyyətlərinə birbaşa cavabdır”.
xatırladaq ki, sözügedən qərarla sepah-ın avropadakı aktivlərinin dondurulması və qurumla hər hansı maliyyə-iqtisadi əlaqələrin qurulmasının qadağan edilməsi nəzərdə tutulur. bu, avropa birliyinin tehrana qarşı son illərdə atdığı ən sərt hüquqi addım hesab olunur.























