iranın müxtəlif şəhərlərində on minlərlə şəxs ölkə rəhbərliyinə dəstək üçün aksiyaya başlayıb.
“arhd.media” xəbər verir ki, bu barədə məlumatı “associated press” agentliyi yayıb.
bildirilib ki, əllərində iran bayrağı və ölkənin ali rəhbəri əli xameneinin portretləri olan aksiya iştirakçıları abş və israil əleyhinə şüarlar səsləndiriblər.
xatırladaq ki, iranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. ilk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb.
onu da bildirək ki, iran prezidenti məsud pezeşkian ötən gün televiziya vasitəsilə xalqa müraciət edərək ölkə əhalisini islam respublikasına və onun rəhbərliyinə dəstək nümayiş etdirməyə çağırmışdı.























