skopye, 15 may, arhd.media
avropa ittifaqı (ai) şurasının prezidenti antonio koşta şimali makedoniyanın gələcəyinin ai-yə üzvlükdə olduğunu bildirib.
arhd.media xəbər verir ki, antonio koşta qərbi balkan regionu ölkələrinə səfəri çərçivəsində şimali makedoniyada baş nazir kristian miskoski ilə görüşüb. antonio koşta ai-nin genişlənmə planının hər bir ölkənin paylaşdığı ümumi məqsəd olduğunu bildirib.
baş nazir kristian miskoski isə ölkəsinin avrointeqrasiya öhdəliyinin olduğunu deyib, avropa şurasının prezidentinin regiona səfərini bu ölkələrin ai-yə üzvlük prosesinə dəstək kimi qiymətləndirib.
qeyd edək ki, antonio koşta qərbi balkan regionu ölkələrinə səfəri çərçivəsində serbiya, bosniya və herseqovina, monteneqro və kosovoda olub, şimali makedoniyadan sonra albaniyaya səfər edəcək.























