monteneqro azərbaycan - ermənistan sülh sazişi layihəsini yüksək qiymətləndirir
monteneqro azərbaycan və ermənistan arasında tarixi sülh sazişi layihəsini yüksək qiymətləndirir.
“arhd.media” xəbər verir ki, bu barədə monteneqro xarici işlər nazirliyinin “x”dəki paylaşımında vurğulanıb.
“bu, regionun sabitliyinə, avropa və qlobal təhlükəsizliyə böyük töhfədir. monteneqro sülh, təhlükəsizlik, sabitlik və iqtisadi rifah məqsədlərinə çatmaq üçün hər iki dost ölkə ilə tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə və onlarla sıx əməkdaşlığa ümid edir”, - paylaşımda əlavə olunub.























