bakı, 17 aprel, arhd.media
bu ilin birinci rübündə ardnf-in valyuta hərraclarında satdığı vəsaitin həcmi açıqlanıb
azərbaycan respublikası dövlət neft fondunun (ardnf) cari ilin yanvar-mart ayları ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmi açıqlanıb.
arhd.media xəbər verir ki, bu barədə ardnf-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.
belə ki, fond tərəfindən mərkəzi bankın iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon dollar məbləğində vəsait satılıb.























