bu ilin ilk rübündə ardnf dövlət büdcəsinə 3,6 milyard manat transfert edib

bakı, 17 aprel, arhd.media




bu ilin ilk rübündə ardnf dövlət büdcəsinə 3,6 milyard manat transfert edib


cari ilin yanvar-mart ayları ərzində azərbaycan respublikası dövlət neft fondunun (ardnf) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 milyon manat olub.

arhd.media xəbər verir ki, bu barədə ardnf-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.

valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ardnf-in büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 999 milyon manat təşkil edib.

hesabat dövrü ərzində ardnf-in 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

qeyd olunan dövrdə “2019-2023-cü illər üçün azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün dövlət proqramı”nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilib.

sözügedən dövrdə ardnf-in idarə edilməsi ilə bağlı xərcləri 7 milyon manat təşkil edib.

Baxış sayı: 5 485

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə