nato-nun baş katibi litvada itkin düşən amerikalı hərbçilərin taleyindən danışıb

bakı, 27 mart, arhd.media


nato-nun baş katibi mark rutte litvada keçirilən təlimlər zamanı 4 abş hərbçisinin həlak olduğunu bildirib.

arhd.media xəbər verir ki, bu barədə “associated press” məlumat yayıb. o vurğulayıb ki, hadisə ilə bağlı təfərrüatlar bilinmir. rutte əlavə edib ki, baş verənlər dəhşətli xəbərdir. agentlik pentaqona istinadən qeyd edir ki, planlaşdırılmış təlimlər zamanı qəza baş verib. bundan əvvəl abş-ın avropadakı ordu komandanlığı litvada amerikalı hərbçilərin daşınması üçün istifadə edilən m88 zirehli maşınının su altında aşkar edildiyini açıqlamışdı.

Baxış sayı: 3 465

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə