bakı, 27 mart, arhd.media
nato-nun baş katibi mark rutte litvada keçirilən təlimlər zamanı 4 abş hərbçisinin həlak olduğunu bildirib.
arhd.media xəbər verir ki, bu barədə “associated press” məlumat yayıb. o vurğulayıb ki, hadisə ilə bağlı təfərrüatlar bilinmir. rutte əlavə edib ki, baş verənlər dəhşətli xəbərdir. agentlik pentaqona istinadən qeyd edir ki, planlaşdırılmış təlimlər zamanı qəza baş verib. bundan əvvəl abş-ın avropadakı ordu komandanlığı litvada amerikalı hərbçilərin daşınması üçün istifadə edilən m88 zirehli maşınının su altında aşkar edildiyini açıqlamışdı.























