tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
bakı, 7 fevral, arhd.media
tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
dövlət imtahan mərkəzindən (dim) arhd.media a bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 2-də və 9-da keçiriləcək. imtahanın qrafiki dim-in saytında yerləşdirilib.
- məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- abşeron, sumqayıt, gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. cədvəldə bu hal müvafiq olaraq, i və ii hissə kimi adlandırılıb.
- imtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl dim-in saytında yerləşdiriləcək.
- peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. (sumqayıt və abşeronda yerləşən peşə liseylərinin məzunları martın 2-də imtahan verəcəklər).






















