icmaəsaslı təlim qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir
bakı, 6 fevral, arhd.media
icmaəsaslı təlim qrupları layihəsi çərçivəsində ölkə üzrə ümumilikdə 886 icma mərkəzi fəaliyyət göstərir.
arhd.media xəbər verir ki, bunu elm və təhsil naziri emin əmrullayev fevralın 6-da keçirilən brifinqdə deyib. o bildirib ki, layihə çərçivəsində 1177 təlim qrupu təşkil edilib: “1046 müəllim icmaəsaslı təhsil prosesinə cəlb olunub. 19 min 251 uşaq bu qruplarda təhsil alır. eyni zamanda, şuşa şəhərində də 2 icmaəsaslı qrup yaradılıb və 26 uşaq təhsilə cəlb edilib. layihə xüsusilə məktəbəqədər yaş qrupunda olan uşaqların erkən təhsilə çıxışını artırmağı hədəfləyir və ucqar bölgələrdə təhsilə əlçatanlığı genişləndirmək baxımından mühüm əhəmiyyət






















