bakı, 23 may, arhd.media
bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən reallaşdırılan “məktəbdə...” layihəsinin növbəti görüşü mayın 26-da paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçiriləcək.
idarədən arhd.media-a bildirilib ki, layihənin budəfəki qonağı milli məclisin elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru, professor anar isgəndərov olacaq. görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsirləri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.























