bakı, 21 may, arhd.media
azərbaycan milli elmlər akademiyasının prezidenti akademik isa həbibbəyli özbəkistan elmlər akademiyası xarəzm mamun akademiyasının fəxri akademiki seçilib.
bununla bağlı xarəzm mamun akademiyasının sədri professor ikram abdullayev tərəfindən imzalanmış diplom akademik isa həbibbəyliyə təqdim olunub.
sənəddə qeyd olunub ki, amea-nın prezidenti akademik isa həbibbəyli özbəkistan-azərbaycan elmi əlaqələrinin inkişafındakı xidmətlərinə və “dünya sivilizasiyasında xarəzmin əhəmiyyəti”nə həsr edilmiş araşdırmalarına görə xarəzm mamun akademiyasının fəxri akademiki seçilib.
xarəzm mamun akademiyasının əsası xi əsrdə qoyulub və özbəkistan respublikasının elm və mədəni həyatında əhəmiyyətli yer tutur.






















