bakı, 14 may, arhd.media
qarabağda arxeoloji tədqiqatlar əsasən xocalı tunc dövrü “kurqan çölü” və nekropolu, ağdam şəhərindəki imarət kompleksində, üzərliktəpə orta tunc dövrü yaşayış məskəni, azıx-tağlar paleolit abidələri, füzuli kurqanları və zəngilan rayonundakı şəhri şərifan orta əsr şəhər yeri – istiqamətlər üzrə aparılacaq.
arhd.media xəbər verir ki, bunu amea-nın arxeologiya və antropologiya institutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent fərhad quliyev “azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada söyləyib.
direktor, həmçinin bildirib ki, xüsusi olaraq qafqaz albaniyasının maddi-mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir.
“azad edilmiş torpaqlarda beynəlxalq ekspedisiyaların fəaliyyət göstərməsi qarşımızda duran vəzifələrdən biridir”, - deyə fərhad quliyev qeyd edib.























