isveç institutunun təqaüdçüləri arasında azərbaycandan olan tələbələr yenidən liderdirlər

stokholm, 26 aprel, arhd.media



isveç institutu 2025/2026-cı tədris ili üçün təqaüd proqramları üzrə seçimin nəticələrini açıqlayıb. bu il müxtəlif ölkələrdən 402 tələbə isveçin aparıcı universitetlərində magistratura pilləsində təhsil almaq imkanı qazanıb.

arhd.media-ın xəbərinə görə, azərbaycan resipiyentlərin sayına görə üçüncü ildir ki, ölkələr siyahısına başçılıq edir: 22 azərbaycanlı tələbə nüfuzlu si scholarship for global professionals təqaüdünə layiq görülüb. onlar isveçin ən yaxşı təhsil müəssisələrində biznes, ticarət hüququ, media texnologiyaları, ekologiya, menecment və digər sahələr üzrə təhsil alacaqlar.

si scholarship for global professionals proqramı çərçivəsində ümumilikdə 351 təqaüd verilib. namizədlər akademik nailiyyətləri, liderlik təcrübələri və ölkələrinin davamlı inkişafına töhfə vermək istəyi əsasında ciddi seçim prosesindən keçiblər. təqaüdçülər isveçin 28 universitetində 208 proqram üzrə təhsil alacaqlar.

isveç institutu, həmçinin elm, texnologiyalar, mühəndislik və riyaziyyat sahələrində qadınları dəstəkləmək məqsədi daşıyan yeni si scholarship pioneering women in stem proqramına start verib. nəticədə afrika və asiyanın on ölkəsindən 51 qadın stem istiqamətləri ilə bağlı proqramlarda təhsil almaq üçün təqaüd qazanıb.

isveç institutunun baş direktoru madlen söstedt beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, isveçdə təhsilin tələbələrə dəyərli biliklər qazandıracağına, ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Baxış sayı: 4 532

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə