ötən il 346 müəllifin 660 əsəri qeydiyyatdan keçirilib

bakı, 10 mart, arhd.media



ötən il 346 müəllifin 660 əsəri qeydiyyatdan keçirilib


2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib.

arhd.media xəbər verir ki, bu barədə əqli mülkiyyət agentliyinin hesabatında qeyd olunub. qeydiyyatdan keçirilmiş əsərlərin 138-i musiqili əsərdir, bu da 2023-cü illə müqayisədə 56 faiz çoxdur. qeydiyyata alınmış audiovizual əsərlərin sayı 96 (2023-cü ildə 4 audiovizual əsər) olub. 42 dizayn əsəri (2023-cü ildə 16), 16 dekorativ tətbiqi sənət əsəri (2023-cü ildə isə

7) və 5 multimedia əsəri (2023-cü ildə qeydiyyat üçün multimedia əsəri təqdim olunmayıb) qeydiyyata alınıb.

hüquqların verilməsi barədə 35 müəllif müqaviləsi (2023-cü ildə 29) və 32 kompüter proqramı qeydiyyatdan keçirilib.

əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək agentlikdə 16 min 228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib.

Baxış sayı: 4 315

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə