dim qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bu gün test imtahanı keçirir

bakı, 2 mart, arhd.media


dim qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün bu gün test imtahanı keçirir


martın 2-də dövlət imtahan mərkəzi (dim) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirir.

dim-dən arhd.media-a bildirilib ki, elektron imtahanlar korpusunda (binəqədi rayonu, s.s.axundov) təşkil edilən imtahan saat 11:00-da başlanacaq. saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. imtahan bir saat davam edəcək.

imtahan vermək üçün 136 namizəd müraciət edib. imtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 2 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- imtahana buraxılış vərəqəsi.

imtahan 9 istiqamət üzrə keçirilir. imtahanda namizədlərə 30 test tapşırığı təqdim olunur. test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. imtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

imtahan qaydaları ilə bağlı “yaddaş kitabçası” dim-in saytında yerləşdirilib.

Baxış sayı: 6 374

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə