fövqəladə hallar nazirliyi (fhn) şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
“arhd.media” xəbər verir ki, məlumatda deyilir:
“respublika seysmoloji xidmət mərkəzindən fhn-in böhran vəziyyətlərində idarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.
zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.























