
leyla əliyeva və alena əliyeva gəncədə şah abbas məscidini ziyarət ediblər.
“arhd.media” xəbər verir ki, məscid 1606-cı ildə səfəvi hökmdarı i şah abbasın əmri ilə memar şeyx bahəddin məhəmməd amilin layihəsi əsasında inşa edilib.
gəncənin mərkəzində yerləşən bu abidə orta əsr azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
sonda leyla əliyeva və alena əliyevaya “qurani-kərim” hədiyyə olunub.
qeyd edək ki, məscid 2008-ci ildə prezident ilham əliyevin təşəbbüsü ilə bərpa olunub.


























