fevralın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
“arhd.media” xəbər verir ki, milli hidrometeorologiya xidmətinin məlumatına əsasən, bakıda və abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.
azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. bəzi yerlərdə arabir duman olacaq. qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.






















