
10 yanvar 2026-cı il tarixində “arpaçay” idman birliyinin geniş tərkibdə iclası keçirilib.
“arhd.media” xəbər verir ki, iclasda “arpaçay” idman birliyinin rəhbərliyi, idarə heyətinin üzvləri, azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
“arpaçay” idman birliyinin prezidenti əli əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və iclası açıq elan edib. daha sonra “arpaçay” idman birliyinin birinci vitse-prezidenti yavər hüseynov birliyin ötənilki fəaliyyəti və yeniliklərlə bağlı iclas iştirakçılarına məlumat verib.
y.hüseynovun sözlərinə görə, azərbaycan kung-fu federasiyasının rəhbərliyi ilə “arpaçay” idman birliyi arasında əməkdaşlıq barədə razılıq əldə edilib. eyni zamanda 17 dekabr 2025-ci il tarixində “arpaçay” idman birliyinin tərkibində “combat” peşəkar döyüş liqasının yaradılması barədə məlumat verən y. hüseynov deyib ki, “arpaçay” idman birliyinin idarə heyətinin qərarına əsasən, ruslan məmmədov liqanın prezidenti, elçin kazımov isə birinci vitse-prezidenti seçiliblər. y. hüseynov daha bir məlumatı da diqqətə çatdırıb ki, ilk dəfə olaraq azərbaycanda 2026-cı ilin aprel ayında “combat” peşəkar döyüş liqasının birinci çempionatı keçiriləcək.
daha sonra “combat” peşəkar döyüş liqasının prezidenti ruslan məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, prezident ilham əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirib.
tədbirdə kung-fu federasiyası rəhbərliyindən prezident nurlan aslanov, birinci vitse-prezident babək əliyev, ümumi işlər üzrə vitse-prezident ehram məcidov, federasiyanın hakimlər kollegiyasının sədri güloğlan cabbarlı da çıxış edərək mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırıblar.
tədbirdə milli məclisin gənclər və idman komitəsinin üzvü vüqar iskəndərov, milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyasının sədri xəzər isayev, azərbaycan karate federasiyasının vitse-prezidenti allahverdi rüstəmov, karate üzrə beşqat dünya çempionu rafael ağayev, sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı hacı əliyev, mma və grampplinq federasiyasının prezidenti azad əsgərov, “zeyd” döyüş mərkəzinin prezidenti emin əliyev çıxış edərək “arpaçay” idman birliyinin fəaliyyətini yüksək dəyərləndirib, uğurlar arzulayıb və dəstəklərini dilə gətiriblər.






























