azərbaycanla maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.
arhd.media xəbər verir ki, bununla bağlı prezident ilham əliyev qanun imzalayıb.
qanuna əsasən, 2025-ci il sentyabrın 24-də nyu-york şəhərində imzalanmış “azərbaycan respublikası hökuməti ilə maldiv respublikası hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş” təsdiq edilib.























