“əmək pensiyaları haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
maddə 1. “əmək pensiyaları haqqında” azərbaycan respublikası qanununun (azərbaycan respublikasının qanunvericilik toplusu, 2006, № 3, maddə 208 (cild i); 2024, № 2, maddə 137, № 5 (i kitab), maddələr 489, 491, № 6 (i kitab), maddə 644) 6-1-ci maddəsinin birinci cümləsində “2023-cü il fevralın 1-dən 280” sözləri “2025-ci il fevralın 1-dən 320” sözləri ilə əvəz edilsin.
maddə 2. bu qanun 2025-ci il fevralın 1-dən tətbiq edilir.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 3 fevral 2025-ci il






















