bakı, 3 fevral, arhd.media
sosial cəhətdən həssas təbəqədən olan ailələrə 2024-cü ildə 800 ədəd mənzil və 93 ədəd avtomobil verilib. azərtac xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin 2024-cü ilin yekunlarına dair hazırladığı hesabatda qeyd olunub. bildirilib ki, əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində 354 nəfər (85 nəfər sertifikat alıb) əlilliyi olan gənc peşə hazırlığı kurslarına cəlb olunub. fəaliyyət göstərən 13 sosial müəssisədə həssas əhali qruplarından olan 2 min 813 şəxsə sosial xidmət göstərilib. həmçinin, 2024-cü ildə 6 uşaq evi və 2 ailə tipli kiçik qrup evi nazirliyin tabeliyinə verilib, həmin müəssisələrdə 548 nəfərə xidmət göstərilib.






















