bakı, 12 may, arhd.media
prezident ilham əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə baş prokuror kamran əliyev mayın 16-sı saat 10:00-da nizami rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların müraciətlərini dinləyəcək.
baş prokurorluğun mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, vətəndaşlar qəbulla bağlı nizami rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, baş prokurorluğun sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və x) vasitəsilə də qəbula yazıla bilərlər.






















