bakı, 8 may,arhd.media
prezident ilham əliyev “balakən rayonunun heydər əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
arhd.media xəbər verir ki, sərəncama əsasən, balakən rayonunun heydər əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə 5 milyon manat vəsait ayrılıb.






















